Ağdamda bədbəxt hadisə baş verib. Arabadan yıxılan 16 yaşlı oğlan həyatını itirib. Hadisə rayonun Baharlı kəndində baş verib.
Aktual.Az APA-ya istinadən xəbər verir ki, Məzahir Əliyevin uzunqulağa qoşulmuş arabadan yıxılması nəticəsində başına mismar batıb.
Yaralı yeniyetmə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.