Ağdamda sursat partladı: ANAMA əməkdaşı yaralandı

Ağdamda sursat partladı: ANAMA əməkdaşı yaralandı

Bu gün işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində detonator partlayışı hadisəsi baş verib.
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən Aktual.az-a verilən məlumata görə, agentliyin əməkdaşı 2000-ci il təvəllüdlü Anar Mürşüd oğlu Piriyev xidməti vəzifəsini yerinə yetirərkən aliminium gövdəli kiçik ölçülü detonatorun işə düşməsi nəticəsində əl və ayaq nahiyəsindən yüngül xəsarətlər alıb.
Xəsarət alan əməkdaş müayinə olunmaq üçün rayon xəstəxanasına çatdırılıb.
Həyatı təhlükəsi və ciddi xəsarəti yoxdur.
Xəbər 3576 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR