Ağdamda qətl - Əmisini bıçaqladı

Ağdamda qətl   - Əmisini bıçaqladı

Ağdamda qətl hadisəsi baş verib.

Aktual.az-ın APA-ya istinadən məlumatına görə, rayon sakini Fərəcov Cabir Məhəmməd oğlu əmisi Fərəcov Seymur Fərəc oğlunu bıçaqlayaraq qətlə yetirib.

S. Fərəcovun evində baş tutan məclis zamanı ailə münaqişəsi zəmində mübahisə yaşanıb. Hadisə zamanı bıçaq yarası alan S. Fərəcov Ağdam rayon mərkəzi xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, hadisə Təzəkənd qaçqın düşərgəsində baş verib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda cinayət işi başlanıb. 

Xəbər 611 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR