Ağdam polisi oğurluq edən dəstəni iş başında yaxalayıb.
Cebhe.info-nun bölgə müxbirinin xəbərinə görə, hadisə dünən gecə saatlarında baş verib. Belə ki, Ağdam rayonunun Alıbəyli kəndi ərazisində şübhəli avtomaşın aşkar edilib. 04-BL-539 dövlət nömrə nişanlı, VAZ-2106 markalı maşın paturul xidməti tərəfindən izlənilərkən məlum olub ki, o, ərazidən oğurluq etmək üçün gələn iki Yevlax sakinini gətirib.
Daha sonra sözügedən şəxslər Ağcabədi rayon Sarıcalı kənd sakini Qafarov Bəhruz İlyas oğluna məxsus fermadan 4 baş xırdabuynuzlu mal-qaranı oğurlayarkən polis tərəfindən saxlanılıb.
Dindirmə zamanı məlum olub ki, oğurluğa cəhd edənlər Yevlax şəhər sakini, 1993-cü il təvəllüdlü Yusifov Təbriz Aydın oğlu və onun həmyerlisi 1979-cu il təvəllüdlü Yusifov Rəşad Elman oğludur. Sürücü Qurbanov Pərviz İlham oğlu ifadəsində iki şəxsin əməlindən xəbərsiz olduğunu və onları əraziyə müştəri qismində Yevlax şəhərindən gətirdiyini bildirib.
Digər araşdırmalar zamanı məlum olub ki, saxlanılan Y.Təbriz bir neçə gün əvvələ qədər həmin fermada çoban işləyib. Və hazırda o əvvəllər də coban işlədiyi fermadan xeyli mal-qara oğurladığına görə rayon prokurorluğu tərəfindən axtarışa verilib.
Dəstənin digər üzvü Y.Rəşad isə artıq 5-ci məhbusluq həyatını yaşamağa hazırlaşır. Polisin verdiyi məlumata görə, o, 2 dəfə Rusiya Fedrasiyasında, 2 dəfə isə ölkə ərazisində məhbus həyatı yaşayıb.
Saxlanılan hər üç şəxsi aidiyyatı üzrə Ağcabədi polisinə təhvil veriləcəyi deyilir.
Aktual.az
Xəbər 1489 dəfə oxunub.