Ağdamda ermənilərin dağıtdıqları evlər bərpa olunub

Ağdamda ermənilərin dağıtdıqları evlər bərpa olunub

Bu il aprelin 2-dən 5-dək erməni silahlı qüvvələrinin təmas xəttindəki təxribatı nəticəsində Ağdamda dağıdılan 451 evdə təmir işləri başa çatıb.

Aktual.az  bildirir ki, bu barədə Trend-ə Ağdam Rayon İcra hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.

İcra başçısı bildirib ki, hadisə nəticəsində dağıdılan və ziyan çəkən bütün ev və obyektlər bərpa olunub: "Dağıdılan 8 ev yenidən tikilib və təmir işləri yekunlaşmaq üzrədir. Bundan başqa, 15 ev bərpa olunur ki, onlardan 14-də işlər başa çatıb, bir evdə isə bərpa işləri yekunlaşmaq üzrədir. Hadisə nəticəsində ciddi ziyan çəkən 27 ev isə əsaslı təmir edilib sahiblərinə təhvil verilib".

İcra başçısı qeyd edib ki, hadisə nəticəsində qismən ziyan çəkən 401 evdə isə mənzil sahiblərinin istəyinə uyğun olaraq cari təmir işləri aparılıb.

Xəbər 419 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR