Ağdama köç bu tarixdə baş tutacaq

Ağdama köç bu tarixdə baş tutacaq

Ağdam şəhərinə ilk köç gələn ilin payızında planlaşdırılır.
Aktual.az xəbər verir ki, bunu Report-a açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
O qeyd edib ki, azad edilən ərazilərə köçürülən vətəndaşlar üçün dövlət hər cür şərait yaradıb:
"Bu işlər Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində plana uyğun davam edir. Məşğulluq və infrastruktur məsələlərini düzgün ardıcıllığını planlayaraq bunu edirik".
Onun sözlərinə görə, hazırda Ağdamda 3 kənddə quruculuq işləri davam edir:
"Orada hazırda 3 kənddə - Kəngərli, Xıdırlı, Sarıcalıda bərpa-quruculuq işləri davam edir. Baş Qərvənd kəndində də slovakiyalı mütəxəsisslərlə birgə kəndin bərpası üzrə işlər gedir. Ağdam rayonunda digər kəndlər üzrə layihələndirmə işləri aparılır. Şəhərin özündə 5 məhəllə nəzərdə tutulur. Hazırda 2-ci məhəllədə 66 binanın tikinti işləri başlayıb. Ağdam şəhərinə gələn ilin payızında ilk köç planlaşdırılır. Bundan sonra paralel olaraq digər məhəllələrdə də tikinti işləri aparılacaq".
Xəbər 179 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR