Ağdam və Tərtər rayonlarının orta məktəblərində tədris prosesi bərpa olunub.
Aktual.az bildirir ki, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov Trend-ə açıqlamasında deyib ki, artıq bu gündən etibarən rayonun bütün kəndlərində orta məktəblərdə dərslərə başlanılıb: "Təmas xəttindəki kəndlərdə qadın və azyaşlı uşaqlar öz evlərinə qaytarılıb, şagirdlər normal qaydada dərslərinə davam edirlər".
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov isə Trend-ə deyib ki, cəbhə xəttindəki vəziyyətlə bağlı təmas xəttində yerləşən cəmi 3 kənddə orta məktəblər fəaliyyətini dayandırmışdı: "Aprelin 6-dan etibarən həmin məktəblərdə də tədris bərpa edilib".