Acqarına qəhvə içmək olmaz — 3 SƏBƏB

Acqarına qəhvə içmək olmaz — 3 SƏBƏB

Bir çox insan səhər yuxudan ayılan kimi bir fincan qəhvə içir. Bu nə dərəcədə doğrudur?

Qəhvənin faydası çoxdur. Yaddaşı gücləndirir və xərçəngə qarşı da faydalıdır. Amma aparılan tədqiqatlar sübut edib ki, acqarına qəhvə içmək orqanizm üçün zərərlidir.

Aktual.az Ölkə.Az-a istinadən  bu tədqiqatın nəticələrini oxucuları ilə bölüşür.

1. Mədədə ifraz olunan turşular yediyiniz yeməklərin parçalanmasına və həzm edilməsinə kömək edir. Əgər səhər yeməyi yeməmisinizsə, mədədə qarnınızın ifraz etdiyi turşuların parçalayacağı qida da yoxdur. Bu səbəbdən acqarına qəhvə içdikdə qarnınızın balansı dəyişir. Bu zaman qarın boşluğunda ağrı və yanmalar hiss edilə bilər. Xərçəng hüceyrələri turşulu mühitdə daha tez inkişaf etdiyindən, qəhvə dolu bir mədə xərçəngin inkişafı üçün münbit şərait sayılır. Mədəyə daxil olan az miqdarda kofein insanı enerjili və gümrah edir. Lakin acqarına içilən qəhvə və yüksək dozalarda kofein narahatlıq və yorğunluğa səbəb olur.

2. Bəzi insanlar böyük fincan qəhvə içəndə heç bir problemlə qarşılaşmadığı kimi, kiçik fincan qəhvə içib mənfi təsirlərə məruz qalanlar da var. Bu səbəbdən qəhvənin sizə necə təsir etdiyini dəqiqləşdirin və bundan sonra içdiyiniz qəhvə miqdarını nəzərdən keçirin.

3. Aparılan tədqiqatlar qəhvənin iştahsızlığa səbəb olduğunu da üzə çıxardı. Pəhriz həvəskarları üçün bu şad xəbər sayılsa da, yenə də acqarına qəhvə içməyin. Unutmayın, orqanizminizin qəhvənin verdiyi enerjiyə yox, səhər yeməyindən əldə edilən enerjiyə ehtiyacı var.
Bu səbəbdən heç vaxt acqarına qəhvə içməyin. Yüngülvari qəlyənaltı etdikdən sonra isə bir fincan qəhvə sizə yaxşı təsir edə bilər.
Xəbər 3005 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR