Açılmayan sirlər — FOTOLAR

Açılmayan sirlər   — FOTOLAR

Qışqıran mumiya

Qışqıran mumiyanın iç orqanları hələ də içərisində durur. Bu mumiyalama tarixində görünməmiş bir vəziyyətdir. Fərqli nəzəriyyələr mövcuddur, amma bunların heç biri mumiyanın səs çıxarması faktını izah etməyə yetmir. Bəzi qaynaqlara görə, bu mumiya III Ramzesin oğlu şahzadə Penteverə aiddir.


2 min illik batareya

Alman arxeoloq Vilhelm Konig 1938-ci ildə Bağdad yaxınlarında 2 min illik batareya tapıb. Elm hələ də bu müəmmaya açıqlıq gətirə bilmir. 13 sm hündürlüyə malik gil qabın içərisində mis silindr, onun ətraflarında dəmir çubuqlar var, qabın ağzını bağlayan metal bu tapıntının batareya olmasına şübhə yaratmır. 2 min il öncə bunun necə icad edilməsi isə hələ də cavabsız sualdır.


Gələcəyi görən xəritə

Coğrafiya və xəritə üzrə mütəxəssis, türk dənizçi Piri Rəisin 1513-cü ildə çəkdiyi xəritədə Afrika, Amerika, Şimal Qütbü təsvir edilib. Xəritə 1929-cu ildə tapılarkən alimləri heyrətə düşürdü. Çünki Şimal Qütbünün kəşfi bu xəritə hazırlandıqdan 300 il sonra 1818-ci ildə olmuşdu. İşin maraqlı tərəfi o idi ki, Piri Rəisin xəritəsində Şimal Qütbünün buz altında qalan sahil xətləri də təsvir edilirdi. Amma qitədəki buzlar xəritə çəkilməzdən 6 min il öncə ərimişdi.


Kristal kəllələr

Maya qəbilələrinin yaşadığı dövrə təsadüf edən bu kristal kəllələr bütöv kristaldan oyma üsulu ilə hazrlanıb. Altındakı işığı birbaşa göz dəliklərindən əks etdirən kəllələrin hansı yüksək texnologiya ilə hazırlanması müəmmalıdır. Bu kəllələr məşhur rejissor Stiven Spilberqin "İndiana Consun macəraları" filmində də əsas süjet xəttini təşkil edir.//ölkə.az

Xəbər 1059 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR