Ağcabədidə müəlliməni öz qohumu qaçırıb

Ağcabədidə müəlliməni öz qohumu qaçırıb

Ağcabədidə 22 yaşlı müəllimənin məktəbdən evə gedərkən bir qrup şəxs tərəfindən qaçırılması faktının təfərrüatları məlum olub.

Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, daxil olan məlumata görə, 1993-cü il təvəllüdlü Fəridə Ağayeva öz qohumu Nadir Ağayev tərəfindən qaçırılıb. Fəridə ilə Nadirin analarının əmiqızı olduğu bildirilir.

Məlumata görə, qızı qaçıran 1985-ci il təvəllüdlü Nadir Ağayevin ailəsi F.Ağayevaya elçi gəlsələr də, qız istəmədiyindən ailəsi də izdivaca razılıq verməyib. Lakin N.Ağayev məcburi şəkildə qızı qaçırıb.

Faktla bağlı Ağcəbədi Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 144.2.3 və 144.3-cü (adam oğurluğu) maddələri üzrə cinayət işi başlanılıb. Polis əməkdaşlarının dünən axşamdan başladıqları axtarışlar isə heç bir nəticə verməyib. Qızlarının tapılmadığı görən ailəsi ilə qarşı tərəf arasında qarşıdurma yaranıb. Hətta Fəridə Ağayevanın Rusiyada işləyən atası Əsgər Ağayev də Azərbaycana qayıdıb.

Məlumat üçün bildirək ki, Ağcabədidə yerləşən 3 saylı məktəbdə müəllimə işləyən F.Ağayeva evə gedərkən bir qrup gənc tərəfindən avtomobilə məcburi mindirilərək naməlum istiqamətə qaçırılıb. Qızın qaçırıldığını görən qardaşı mane olmaq istəsə də, öz qohumu Nadir və yanında olan şəxslər ona xəsarət yetirərək hadisə yerindən uzaqlaşıblar.

Xəbər 743 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR