Abşeronun üç kəndində qaz olmayacaq

Abşeronun üç kəndində qaz olmayacaq

Abşeron, Hacıqabul və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq 

Aktual.az  "Azəriqaz"a istinadən bildirir ki, avqustun 5-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Zirə-Şimal DRES" qaz kəmərinin 11-ci kilometrliyində, Hacıqabul magistral qaz kəmərləri sahəsinin "Şirvan" və Qazax magistral qaz kəmərləri sahəsinin "Bayramlı" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Şirvan rayonunun Hacıqəhramanlı və Şəki rayonunun Bayramlı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhəri Xəzər rayonunun Şüvəlan, Sahil və Mərdəkan qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Xəbər 332 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR