Abşeron rayonunda sex yanıb.
Aktual.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Digah qəsəbəsində “TUR-M” MMC-yə məxsus sement istehsalı sexinin ümumi sahəsi 1000 kv.m olan anbarında taxta atmalar 250 kv.m sahədə, içərisində olan 2 ədəd dəzgah, taxta altlıqlar və sement kisələri yanıb. Anbarın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 02:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.