Abşeronda müştəri taksi sürücüsünü bıçaqlayıb.
"Report”un xəbərinə görə, hadisə noyabrın 28-də rayonun Novxanı kəndində baş verib.
Belə ki, Ceyranbatan qəsəbəsində yaşayan, 1989-cu il təvəllüdlü Şənlik Hüseynov özünə məxsus "Opel” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan zaman "Şah” sarayının qarşısında sərnişin qis
mində götürdüyü naməlum şəxsi Novxanı kəndində yerləşən ünvana aparıb.
Lakin orada gediş haqqı ilə əlaqədar sürücü ilə müştəri arasında mübahisə yaranıb. Daha sonra müştəri Ş.Hüseynovu döş qəfəsindən bıçaqlayıb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Xəbər 471 dəfə oxunub.