Abşeronda meyiti kanalda tapılan ruhi xəstənin öldürüldüyü məlum olub.
Bu barədə Aktual.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Abşeron Rayon Polis İdarəsinə (RPİ) Hökməli qəsəbəsində yaşayan ruhi xəstə Ceyhun Əhmədovun yanvarın 8-də evdən çıxaraq geri qayıtmaması barədə müraciət daxil olub.
Müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
C.Əhmədovun üzərində zorakılıq əlamətləri olan meyitinin yanvarın 21-də Çaylı kəndinin ərazisindən keçən çayda tapılması faktı ilə əlaqədar rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
İstintaq və əməliyyat tədbirləri ilə C.Əhmədovun yanvarın 8-də saat 20 radələrində Bakı-Şamaxı yolunun 15-ci kilometrliyində "Ford Tranzit” markalı avtomobillə vurulduqdan sonra qeyd edilən nəqliyyat vasitəsində sürücü və sərnişini tərəfindən aparılması müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən avtomobilin sürücüsü, Xırdalan şəhər sakini H.Xudiyev və sərnişini, Bakı şəhər sakini S.Köçərili saxlanılıblar.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
Xəbər 757 dəfə oxunub.