Abşeronda işdən evə gələn kişi yolda bıçaqlandı

Abşeronda işdən evə gələn kişi yolda bıçaqlandı

Abşeron rayonunun Digah qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

"Report"un xəbərinə görə, 1980-ci il təvəllüdlü Qasımov Elsəvər Tahir oğlu işdən evə gələrkən yolda tanışı ilə mübahisə edib.
Əlbəyaxa dava zamanı tanışı ona bir neçə bıçaq zərbəsi vurub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, yaralı cərrahi əməliyyat olunaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsin axtarışına başlayıb.
 
Aktual.az
Xəbər 409 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR