Abşeronda canavarlar 400-dən artıq heyvanı tələf edib

Abşeronda canavarlar 400-dən artıq heyvanı tələf edib

Abşeronda canavar sürüsü 1 gecədə 407 baş xırdabuynuzlu heyvanı məhv edib.


ONA-nın xəbərinə görə, Abşeron rayonunda yerləşən "Xanqulu” qış otlaq sahəsindəki yataqlardan birinə canavar sürüsünün hücumu nəticəsində 407 baş qoyun-quzu tələf olub.

Fermer təsərrüfatının rəhbəri Seyran Kərimov bildirib ki, hücum 1 saat ərzində olub. Belə ki, gecə hər saatın tamamında çobanlar heyvanları yoxlayırlar.

Saat 2-də növbəti yoxlanış zamanı dəhşətli mənzərə ilə qarşılaşıblar. 400-dən çox qoyunun boğazı üzülmüş vəziyyətdə olub.

Təsərrüfat rəhbərinin bildirdiyinə görə, ona 60 min manatdan çox ziyan dəyib.

Xəbər 463 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR