Abşeron rayonu ərazisində intihara cəhd hadisəsi baş verib.
"Report”un xəbərinə görə, hadisə rayonun Quşçuluq massivi adlanan ərazisində qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdlü Əsgərova Sevinc Əmircan qızı intihara cəhd edib.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona hər saidin kəsilmiş yaraları və alın nahiyəsinin əzilmiş-cırılmış yarası diaqnozu qoyulub.
İntihara cəhdin hansı səbəbdən baş verdiyi hələki məlum deyil. 30 yaşlı xanım reanimasiyaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Xəbər 523 dəfə oxunub.