ABŞ “yaşıl kart”ı dayandırır

ABŞ “yaşıl kart”ı dayandırır
  • DÜNYA

Ağ Ev Braun Universitetindəki atışmada şübhəli bilinən şəxsin proqram vasitəsilə ABŞ-a daxil olması üzə çıxandan sonra "yaşıl kart" ("green card") lotereya proqramını dayandırır.
Aktual.az xəbər verir ki, bu barədə ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem deyib.
"ABŞ Prezidenti Donald Trampın göstərişi ilə dərhal ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətlərinə DV1 proqramını dayandırmağı əmr etdim ki, amerikalılar artıq bu zərərli proqramdan ziyan görməsinlər”, - o bildirib.
Qeyd edək ki, dekabrın 13-ü Rod-Aylend ştatının Providens şəhərindəki Braun Universitetində atışma baş verib. Atışma zamanı ən azı iki nəfər həlak olub, doqquz nəfər yaralanıb. FTB Braun Universitetindəki atışmada şübhəli haqqında məlumat verənə 50 min dollar mükafat vəd edib.
Xəbər 59 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR