ABŞ administrasiyası İsraili Hizbullahın tərksilah prosesini stimullaşdırmaq məqsədilə Livandakı hərbi fəaliyyətini azaltmağa çağırıb.
Aktual.az xəbər verir ki, bu barədə "Axios” xəbər saytı məlumat yayıb.
Belə ki, bu çağırış Vaşinqtonun planı kimi adlandırılıb. Bu plana təcili olmayan zərbələrə müvəqqəti fasilə verilməsi və İsrail ordusunun Livanın cənubundakı beş postdan mərhələli şəkildə çıxarılması daxildir. Əvəzində isə Livan ordusunun qruplaşmaya qarşı təzyiqlərini artıracağı gözlənilir.
Xəbər 138 dəfə oxunub.