Yəməndə üsyançı husilər əsir götürdükləri 2 ABŞ vətəndaşını azad ediblər.
Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Mark Toner bildirib.
"Yəməndə əsir götürülmüş iki ABŞ vətəndaşı azad edilib və onlar təhlükəsiz şəkildə Omana çatıb”,-deyə məlumatda bildirilib.
Toner həmçinin vətəndaşların azad olunmasında göstərdiyi köməyə görə, Oman rəhbərliyinə minnətdarlığını bildirib.
Dövlət Departamentinin nümayəndəsi vurğulayıb ki, ABŞ husilər tərəfindən göstərilən humanitar jest alqışlayır. (qafqazinfo)
Xəbər 618 dəfə oxunub.