ABŞ Venesuela ilə müharibəyə hazırlaşır – KİV

ABŞ Venesuela ilə müharibəyə hazırlaşır – KİV
  • DÜNYA

ABŞ "Günəş karteli”ni (Cartel de los Soles) terror təşkilatı elan etməklə, Venesuela ilə hərbi münaqişəni daha da yaxınlaşdırdı.
Aktual.az xəbər verir ki, bu barədə "Nyu York Tayms” qəzeti məlumat yayıb.
"Venesuelanı bombalamağa başlayacağımızı heç kim bilmir, amma ABŞ Prezidenti Donald Tramp administrasiyasının "Günəşlər karteli” ilə bağlı demaqogiyası çoxsaylı həyəcanverici siqnallardan yalnız biridir. ABŞ aylardır ki, narkotik qaçaqmalçılığı şübhəlilərinin məhkəməsiz qətllərini həyata keçirir və hücumları Amerikanın narkotik kartelləri ilə silahlı münaqişədə olduğunu iddia etməklə əsaslandırır, lakin indi Tramp administrasiyası bu silahlı münaqişəni Venesuelaya da şamil etməyə hazır görünür”, - məlumatda deyilib.
Qeyd olunub ki, amerikalılar artıq Venesuela sahillərində böyük bir dəniz qüvvəsi toplayıb və aviaşirkətlər ABŞ Federal Aviasiya Administrasiyasının Karib dənizində hərbi fəaliyyətin artması ilə bağlı xəbərdarlığından sonra uçuşları ləğv etməyə başlayıblar.
Xəbər 49 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR