ABŞ və Ukrayna Cenevrədə keçirilən görüşdə yenilənmiş sülh müqaviləsi layihəsini hazırlayıb.
Aktual.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
"Danışıqlar konstruktiv, məzmunlu və hörmət əsasında keçdi, sülhə nail olmaq üçün ortaq öhdəlik təsdiqləndi. Tərəflər məsləhətləşmələrin yüksək məhsuldarlığını və mövqelərin razılaşdırılmasında əhəmiyyətli irəliləyişi vurğuladılar. Gələcəkdə əldə ediləcək istənilən razılaşma Ukraynanın suverenliyini tam şəkildə təmin etməli, davamlı və ədalətli sülhə nail olmalıdır. Vaşinqton və Kiyev qarşıdakı günlərdə birgə təkliflər üzərində intensiv işi davam etdirmək və Avropa tərəfdaşları ilə sıx əlaqə saxlamaq barədə razılığa gəlib”, - məlumatda deyilib.
Xəbər 78 dəfə oxunub.