Martın 18-də Ukrayna prezidenti Pyotr Poroşenko və ABŞ vitse-prezidenti Cozef Bayden arasında telefon danışığı olub.
Bu barədə Ukrayna dövlət başçısının mətbuat xidməti bildirib.
Söhbət zamanı P.Poroşenko Donbasdakı vəziyyətdən, Ukrayna parlamentinin Minsk razılaşmalarının yerinə yetirilməsi ilə bağlı normativ aktlar qəbul etməsindən bəhs edib. Co Bayden bildirib ki, ABŞ prezidenti Ukrayna Milli Qvardiyasının 780 hərbi qulluqçusuna məşqlərin keçirilməsi haqqında qərar qəbul edib.
“Martın sonlarında isə ölkənin müdafiə qabiliyyətini möhkəmləndirilməsi məqsədilə Ukraynaya hərbi avtomobillərin ilk partiyası çatdırılacaq”, deyə C.Bayden bildirib.(APA)