ABŞ və İsrail orduları döyüşə hazır vəziyyətə gətirildi

ABŞ və İsrail orduları döyüşə hazır vəziyyətə gətirildi

ABŞ və İsrail İrandan mümkün hücum xəbərləri ilə əlaqədar qoşunlarını yüksək döyüş hazırlığı vəziyyətinə gətirib.
Aktual.az xəbər verir ki, bu barədə "Nyu York Tayms” mənbələrə istinadən yazıb.
Bundan əlavə, İsrail Silahlı Qüvvələri döyüş hissələrinin buraxılmasını ləğv edib, həmçinin ehtiyatda olan bəzi əsgərlər hava hücumundan müdafiə bölmələrinə çağırılıb, GPS siqnalları bloklanıb.
İki İran rəsmisi nəşrə bildirib ki, İrandakı silahlı qüvvələr də yüksək döyüş hazırlığı vəziyyətindədir.
Qeyd edək ki, 1 apreldə İsrail Dəməşqdəki İran səfirliyinin yanındakı binaya zərbə endirib, nəticədə SEPAH-ın iki generalı və 5 yüksək türbəli zabiti ölüb. İranın qisas alacağı gözlənilir.
Xəbər 152 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR