ABŞ və Çin razılığa gəldi

ABŞ və Çin razılığa gəldi
  • DÜNYA

ABŞ və Çin BMT Təhlükəsizlik Şurasının Şimali Koreyaya qarşı sanksiyaların genişləndirilməsinə dair qətnamə layihəsi üzrə razılığa gəliblər.

Aktual.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə BMT-dəki diplomatik mənbələr bildirib.

Diplomatların sözlərinə görə, sənəd yaxın günlərdə səsverməyə çıxarıla bilər.

Qeyd edək ki, bundan əvvəl Çin xarici işlər naziri Van İ bəyan etmişdi ki, BMT Təhlükəsizlik Şurasının Şimali Koreyanın nüvə sınaqlarına dair qətnaməsi üzərində işlər yaxın günlərdə yekunlaşacaq.

Xatırladaq ki, rəsmi Pxenyan 2016-cı ilin əvvəlində nüvə sınaqları keçirib və sınaq üçün ballistik raket buraxıb. Cənubi Koreya, Çin, Rusiya, ABŞ, Avstraliya və Yaponiya bunu Təhlükəsizlik Şurasının müvafiq qətnaməsinin pozulması kimi qiymətləndiriblər.

Xəbər 303 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR