"Fransa səfiri üçün Şuşadakı tədbirdə iştirak etməmək göstərişi çox güman ki, erməni diasporunun mühüm rolu və onun lobbiyə yaxınlığı ilə bağlıdır".
Bunu Milli.Az-a açıqlamasında amerikalı analitik İrina Tsukerman deyib.
O bildirib ki, ABŞ xarici siyasət prioritetləri üçün kritik bir anda əksinə üçüncü tərəfləri qəzəbləndirməkdən çəkinməlidir:
"Bayden administrasiyası həmçinin Nümayəndələr Palatasını itirə biləcəkləri və hətta Senatda məğlubiyyətə uğraya biləcəkləri aralıq seçkilərdən əvvəl gəmini silkələməmək üçün ehtiyatlı olsa da, ABŞ üçün əsas diplomatik çıxışlardan qaçınmaq məqsədilə bu cür vəziyyətlərdə daha çox ehtiyyatlı davranmalıdır.
Ətraflı
ABŞ səfirinin belə bir qərar verməsi deməyə əsas verir ki, ABŞ ümumən diplomatik olaraq geri çəkilir, ikincisi, o, hətta uzaqdan mübahisə doğuran, üçüncüsü, İranın prosesin içərisində olub-olmamasından asılı olmayaraq, Tehranın regional maraqları üçün potensial mürəkkəblik kimi görünə biləcək hər şeydə arxa planda dayanmağa çalışır.
Nə Fransanın, nə də ABŞ-ın Minsk Qrupunu canlandırmaqda konkret marağı olduğuna dair heç bir əlamət yoxdur. ABŞ xüsusilə hər hansı əlavə diplomatik öhdəliklərdən və ya qarışıqlıqlardan uzaqlaşmağa çalışır. Bu qərarlara cavab olaraq Azərbaycanın bəyanatından tam aydın oldu ki, Bakı ATƏT-ə üzv olan öhdəliklərin bu boykotundan və diplomatik prosesə hörmətsizlikdən inciyir.
Fransa diaspora təzyiqinə görə öz maraqlarını arxa plana atsa da, aydın deyil ki, ABŞ-ın bu addımı Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı bütün siyasi məsələnin rədd edilməsi kimi qiymətləndirilməlidir, yoxsa əksinə üçüncü tərəfləri (Ermənistanı) qəzəbləndirməkdən çəkindiyi üçün belə qərar verilib.
Belə aydın olur ki, ABŞ Şuşa prosesinə iki müstəqil ölkə arasında ikitərəfli münasibətlər məsələsi kimi deyil, onun daha geniş geosiyasi narahatlıqlarına xələl gətirə biləcək regional proksi müharibəsi kimi yanaşır və ondan tamamilə kənarda qalmağa üstünlük verir".
Xəbər 340 dəfə oxunub.