ABŞ və Fransa Rusiyaya qarşı birləşdi

ABŞ və Fransa Rusiyaya qarşı birləşdi
  • DÜNYA

ABŞ və Fransanın Rusiyanın Suriya əməliyyatları ilə bağlı rəsmi bəyanatları sadəcə informasiya hücumlarının davamıdır.

Aktual.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova söyləyib. Onun sözlərinə görə, həm ABŞ, həm də Fransa İŞİD-ə qarşı Rusiya ilə birgə savaşmaq istəmirlər:

“Məhz bu insana (Fransanın Müdafiə naziri Jan İv Le Drian – red.) Rusiya İŞİD-in hansı mövqelərinə zərbə endirilməsi ilə bağlı müraciət ünvanlamışdı. Lakin onlar bizim suallarımıza cavab vermədilər. Amma əvəzində tez-tez mətbuat konfranslarında və KİV-lərdə Rusiyanın nəyi düzgün etmədiyini söyləyirlər. Bu oyundur və həmin oyunda Rusiyanın mövqeyini gözdən salmaq üçün qoyulan yatırımların dəyəri həddən artıq böyükdür”.

Qeyd edək ki, bundan öncə Fransanın Müdafiə naziri Jan İv Le Drian Rusiyanın İŞİD əvəzinə Suriya müxaliflərinin mövqelərinə zərbələr endirməkdə ittiham etmişdi.
- See more at: http://axar.az/news/69718#sthash.m5Oyv0O8.dpuf

Xəbər 434 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR