ABŞ və Böyük Britaniya terrorçu İŞİD qruplaşması ilə mübarizə məqsədi ilə Liviyaya min hərbçi göndərməyə planlaşdırır.
Aktual.az-ın Report-a istinadən verdiyi xəbərə görə, məsələ ilə bağlı danışıqlar aktiv şəkildə davam etdirilir.
Liviyada yerləşdiriləcək hərbçilərin, əsasən, britanliyalı olacağı qeyd olunur.
Xatırladaq ki, ABŞ prezidenti Barak Obama Liviyada İŞİD-in güclənməsinə qarşı səylərin artırılmasına çağırış etmişdi.