Sursat çatışmazlığı səbəbindən Ukrayna müdafiəyə keçid üçün üç istehkam xətti yaratmağa hazırlaşır.
Aktual.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı Aleksandra Ustinova deyib.
"Silah yoxdursa, biz artıq istehkamlar hazırlayırıq - üç xətt üzrə istehkam... Xüsusən qışda müdafiə müharibəsinə keçəcəyik", - o bildirib.
Ustinova əlavə edib ki, dünyada mərmi tükənmək üzrədir.
Onun sözlərinə görə, ABŞ və Avropa qüvvələrini birləşdirsə belə, Rusiya qədər sursat istehsal edə bilməzlər.
Xəbər 245 dəfə oxunub.