"Lukoyl” şirkətinin təsisçisi Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov Moskva "Spartak”ının Direktorlar Şurasını tərk etmək qərarına gəlib.
Aktual.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə "RBC-Sport” öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, Yusif Ələkbərovun qərarı Amerika Birləşmiş Ştatlarının Maliyyə Nazirliyinin ona qarşı sanksiyalar tətbiq etməsindən sonra klubu riskə atmamaq istəyi ilə verilib.
Qeyd edək ki, Y.Ələkbərov "Spartak"ın direktorlar şurasına 2021-ci ildə daxil olub.
Xəbər 67 dəfə oxunub.