Kiyevə Amerika silahları ilə Rusiyanın dərinliklərinə zərbə endirmək icazəsi verilibsə, bu, gərginliyin keyfiyyətcə yeni mərhələsini və Vaşinqtonun Ukrayna münaqişəsində iştirak səviyyəsini göstərəcək.
Aktual.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
"Bu raket sistemləri üçün uçuş missiyaları yalnız NATO ölkələrinin hərbi personalı tərəfindən həyata keçirilə bilər. Ukrayna hərbçiləri bunu edə bilməz. Ona görə də söhbət təkcə Ukraynaya Rusiyaya bu silahlarla zərbə endirməsinə icazə verib-verməməkdən getmir. Məsələ NATO ölkələrinin hərbi münaqişədə birbaşa iştirak edib-etməməsidir. Əgər bu qərar qəbul olunarsa, bu, NATO ölkələrinin Ukrayna müharibəsində birbaşa iştirakından başqa heç nə olmayacaq”, - Peskov bildirib.
Xəbər 38 dəfə oxunub.