ABŞ Ukraynada dövlət çevrilişinin əsil təşəbbüskarı olaraq onun təşkilinə 5 mlrd dollar xərcləyib.
APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev “Kommersant” nəşrinə müsahibəsində bildirib.
“Məhz hakimiyyətin devrilməsi Ukraynada sonradan baş verən hadisələrə təkan oldu. ABŞ dövlət katibi Con Kerrinin Viktoriya Nuland adında köməkçisi ABŞ-ın bu hadisələri təşkil etmək üçün 5 mlrd dollar xərclədiyini bildirib”.
“Aydındır ki, bu ölkədə sabitliyin pozulması layihəsinin arxasında Rusiyanın kəskin zəifləməsi üçün bir vasitənin yaradılması cəhdi durur . Eyni zamanda Aİ ölkələrini tabeçilikdə saxlamaq məqsədi də həll olunur. Bu ölkələr, mövqeyi və milli maraqları nəzərə alınmadan, əksər hallarda Rusiyaya qarşı sanksiyalar qəbul etməyə və addımlar atmağa vadar etdirilir”, deyə Patruşev qeyd edib.
Patruşevin sözlərinə görə, ABŞ Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçi bəyənmədiyindən onu zorla hakimiyyətdən devirməyə qərar verib.
“Bu onların siyasi səhvi olub. Onlar əgər gözləsəydilər lazımi adamları qanuni yolla hakimiyyətə gətirə bilərdilər. Lakin onlar dövlət çüvrilişini təşkil etdilər. Çevriliş olmasaydı – nə Krımdakı, nədə ki Ukraynanın şərqindəki hadisələr baş verməyəcəkdi”, deyə Rusiya Təhlükəsizlik Şurasının katibi bildirib.
Patruşevin sözlərinə görə, Yanukoviçin Aİ ilə assosiativ sazişi imzalamaqdan imtina etməsinə Moskvanın təzyiqi səbəb olmayıb. “O sadəcə sazişin mahiyyətini və onun imzalanmasının hansı nəticələrlə yekunlaşacağını anlamırdı. Ukrayna MDB-nin azad ticarət zonasına daxildir və Yanukoviçə o zaman bu cür addımın fəsadları izah edildi. O əvvəl bunları nəzərə almamışdı və məsələlərə aydınlıq gətirmək məqsədilə fasilə vermək qərarına gəldi”, deyə Patruşev bildirib.
Onun sözlərinə görə, Rusiya Ukraynadakı vətəndaş münaqişəsinə müdaxilə etmək niyyəti yoxdur lakin rusiyalıların münaqişə zonasına axınına mane ola bilmir.
Aktual.az