Prezident fərman imzalayıb

Prezident fərman imzalayıb

Putin Lavrovu ordenlə təltif edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov I dərəcəli “Vətənə xidmət” ordeni ilə təltif olunub.

 

APA-nın məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimi Putin fərman imzalayıb.

 

Məlumatda deyilir ki, S. Lavrov bu mükafata Rusiya Federasiyasının xarici siyasət kursunun reallaşdırılmasında mühüm xidmətlərinə və çoxillik diplomatik fəaliyyətinə görə layiq görülüb.

 

Bundan başqa, bu gün Rusiya patriarxı Kirill xarici işlər nazirini birinci dərəcəli müqəddəs Sergiy Radonejskiy ordeni ilə təltif edib.

 

Rusiya Pravoslav Kilsəsinin teleqramında deyilir ki, orden S. Lavrova Rusiya Pravoslav Kilsəsi üçün görülən işlərə ayırdığı diqqətə və nazirin 65 illik yubileyi şərəfinə təqdim edilir.

 

Qeyd edək ki, S. Lavrov buna qədər Aleksandr Nevski mükafatı, 4-cü, 3-cü və 2-ci dərəcəli “Vətənə xidmət” ordenləri ilə də təltif olunub. 


Xəbər 472 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR