Diplomatik müzakirələrdən sonra Yaxın Şərq müttəfiqləri Qəzza üçün beynəlxalq sabitləşdirmə qüvvələrinin formalaşdırılması üçün yeni parametrlər barədə razılığa gəliblər.
Aktual.az xəbər verir ki, bu barədə Ağ Evdən yayılan açıqlamada bildirilib.
"İsrail və ABŞ Türkiyə qüvvələrinin aktiv hərbi əməliyyatların bitməsindən sonra Qəzzada yerləşdirilməsi planlaşdırılan Beynəlxalq Sabitləşdirmə Qüvvələrinə daxil edilməməsini təmin edib”, - məlumatda deyilib.
Qeyd edək ki, Ankara daha əvvəl bu missiyada iştirak etmək üçün qoşunlarını göndərməyə hazır olduğunu bildirmişdi, lakin İsrail bu addıma qarşı çıxaraq Türkiyənin iştirakına veto qoymuşdu.
Xəbər 73 dəfə oxunub.