“ABŞ Türkiyəni zəiflədib xaosa sürükləmək niyyətindədir”

“ABŞ Türkiyəni zəiflədib xaosa sürükləmək niyyətindədir”
  • DÜNYA

Suriyanın dövlət başçısı Bəşər Əsəd Türkiyənin Suriya xəyallarının çökməsi ilə neytral bölgəyə ümid bağladığını irəli sürüb. 

Aktual.az modern.az-a istinadənxəbər verir ki, “Hizbullah” təşkilatına məxsus Livan televiziyası “Əl Manara” danışan Əsəd Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “sultan olma xəyalları qurduğunu” iddia edib və Misir və Tunisdə yaşananlarla bu xəyallarının puça çıxdığını deyib. Ərdoğanın bu dəfə Suriyada neytral bölgə qurma xəyalları qurduğunu iddia edən Əsədin fikrincə, ABŞ-ın icazəsi olmadan bunu edə bilməyəcək. Suriya dövlət başçısı ABŞ-ın Türkiyəyə güvənmədiyini də iddia edib. Onun sözlərinə görə, ABŞ yalnız Suriyanı deyil, Türkiyə kimi müttəfiqlərini də gücsüz dövlət etməyə çalışır və xaosa sürükləyir.

Tehranın Qərb ilə nüvə böhranında razılaşmasının ardından İran və Rusiyanın Suriyaya dəstəyinin azalmağa başladığı istiqamətində iddialar da dilə gətirilib. Əsəd bu iddialarla əlaqədar suala cavabında deyib: “Rusiya və İran dostlarını tərk etməyib, bizə dəstəkləri tam olaraq davam edir”.

 
Xəbər 599 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR