ABŞ Dövlət Departamentinin Xarici Təhlükəsizliklə bağlı Məsləhət Şurası İzmirdə baş verən terror aktından sonra Amerika vətəndaşlarına xəbərdarlıq edib.
Aktual.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bəyanatda qeyd olunur ki, Türkiyədə istirahətdə olan vətəndaşlar terror aktının törədildiyi bölgədən uzaq gəzsinlər.
Qeyd edək ki, İzmir Ədliyyəsi qarşısında törədilən terror aktı nəticəsində 1-i polis, 1-i ədliyyə işçisi olmaqla 2 nəfər şəhid olub, 3-ü polis, 7-si mülki vətəndaş olmaqla 10 nəfər xəsarət alıb.
Aktual.az
Xəbər 184 dəfə oxunub.