Amerika Birləşmiş Ştatları (ABŞ) Türkiyə ilə birlikdə Suriya sərhədini bağlayır.
Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, ABŞ prezidenti Barak Obama Kaliforniyada Amerika xalqına səslənərək ölkəsinin terrorla mübarizədə atacağı addımlara toxunub: “Biz terrorla olan mübarizədə qazanacağımıza ümid edirik. ABŞ-ın bununla əlaqədar olan bütün hava əməliyyatları davam edəcək. Həmçinin Suriya üçün təşkil olunacaq quru əməliyyat da ABŞ-ın xeyrinə olacaq”.
Obama çıxışında Türkiyədən də bəhs edib. O, Türkiyə ilə birlikdə Suriya sərhədini bağlayacaqlarını bildirib: “Hesab edirəm ki, ABŞ vətəndaşları üçün silah əldə etmə çətinləşdirilməlidir. Eyni zamanda müsəlman cəmiyyətləri də İŞİD ilə mübarizədə ABŞ-ın ən böyük dəstəkçisi olmalıdır. ABŞ sərhədləri içərisində ayrı-seçkilik yoxdur. Amma biz türkiyə ilə birgə Suriya sərhədlərini bağlayacağıq”.
Obama çıxışı zamanı İŞİD-in İslam dininə aidiyyəti olmadığını da qeyd edib.