ABŞ təyyarəsi Venesuelanın hava sərhədlərini pozdu

ABŞ təyyarəsi Venesuelanın hava sərhədlərini pozdu
  • DÜNYA

ABŞ-ın sərhəd xidmətinə məxsus təyyarə Venesuelanın hava məkanına daxil olub.


Aktual.az Report-a istinadən xəbər verir ki, bu barədə bazar günü Cənubi Amerika ölkəsinin müdafiə naziri Vladimir Padrino Lopes məlumat verib.

"ABŞ sərhəd xidmətinin kəşfiyyat təyyarəsi 48 saat əvvəl Kürasao adasındakı Hato aviabazasından havaya qalxıb və bizim regiona girib", - deyə Padrino bildirib.

Onun sözlərinə görə, ikimühərrikli "Bombardier Dash 8" təyyarəsi kimi qeydə alınan hava gəmisi kəşfiyyatın aparılması üçün istifadə oluna biləcək avadanlıq, eləcə də radar, məlumat qəbulu və ötürülməsi sistemi, həmçinin yüksəklikdən çəkiliş aparmaq imkanı verən elektron-optik cihazlarla təchiz olunub.

Aktual.az

Xəbər 273 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR