ABŞ Prezidenti Donald Tramp federal hökumətin maliyyələşdirilməsini 30 yanvar 2026-cı ilədək uzadacaq qanunu imzalayıb.
Aktual.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
"43 günlük şatdaundan insanlar çox zərər gördü, indi hökumət normal fəaliyyətinə davam edəcək”, - Tramp bildirib.
Qeyd edək ki, bu, ABŞ hökumətində indiyə qədər rekord – 43 günlük ən uzun şatdaun idi. Oktyabr ayından bəri bir çox dövlət xidməti dayandırılıb və təxminən 1,4 milyon federal işçi ödənişsiz məzuniyyətdədir və ya ödənişsiz işləyir. Qida yardımı da qeyri-müəyyən vəziyyətdə qalıb və ölkə daxilində hava nəqliyyatı kəsilib.
Xəbər 63 dəfə oxunub.