ABŞ-ın dövlət katibi Con Kerri Suriyanın şimalında təhlükəsizlik zolağının yaradılması üçün 15-30 min arasında hərbi qulluqçuya ehtiyac olduğunu deyib.
Aktual.az Modern.az-a istinadən xəbər verir ki, Kerri bu barədə Senat qarşısında çıxışı zamanı deyib.
"Təhlükəsizlik zolağı yaratmaq üçün 15-30 min arasında hərbçiyə ehtiyacımız var. Biz buna getməyə hazırıq?"
Vaşinqton Suriyada atəşkəsin pozulmasına qarşı "Plan B" hazırlayıb. Bu plan atəşkəsə əməl olunmayacağı halda Suriyada yerüstü əməliyyatı nəzərdə tutur.