ABŞ Suriya üzərindən uçan təyyarələrə minməməyi tövsiyə edib

ABŞ Suriya üzərindən uçan təyyarələrə minməməyi tövsiyə edib
  • DÜNYA

ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarına Suriya hava sahəsindən uçmağın təhlükəli olması barədə xəbərdarlıq edib.
Aktual.az Report-a istinadən xəbər verir ki, bu barədə təşkilatın cümə günü nəşr edilən məlumatında bildirilir.
"Xaricə səyahət etməyi planlaşdıran ABŞ vətəndaşlarına qətiyyətlə Suriya hava məkanından keçməkdən yayınmaq üçün təyyarənin nəzərdə tutulan marşrutuna diqqət yetirməyi tövsiyə edirik", - məlumatda bildirilir.
ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarını Suriya üzərində uçuşların riskli olması haqqında xəbərdar edib.
Dövlət Departamenti eyni zamanda xəbər verib ki, ABŞ-ın Livandakı diplomatik nümayəndəliyinin üzvlərinə Suriya hava məkanından keçən uçuşlardan istifadə etmək qadağan olunub.

Xəbər 292 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR