ABŞ Konqresinin Nümayəndələr Palatası nüvə sınaqları keçirmiş Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı sanksiyaların genişləndirilməsini dəstəkləyib.
Aktual.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, sanksiyaların tətbiqini aşağı palatanın 418 üzvü dəstəkləyib. Məlumata görə, ötən ilin əvvəlində hazırlanan layihə səsverməyə Şimali Koreyanın uğurla keçirdiyini iddia etdiyi nüvə sınağından sonra çıxarılıb.