ABŞ-ın İraqdakı səfirliyinə məxsus logistika mərkəzində partlayış baş verib.
Aktual.az xəbər verir ki, bu barədə "Şəfəq Nyus” informasiya portalı məlumat yayıb.
Bildirilib ki, hadisənin baş verdiyi obyekt Bağdad Beynəlxalq Hava Limanı yaxınlığında yerləşir. Bundan başqa, İraqın Terrorla Mübarizə İdarəsinin qərargahlarından birinin yaxınlığında da partlayış olub.
Partlayışların səbəbləri və itkilər barədə məlumat verilməyib.
Xəbər 209 dəfə oxunub.