Azərbaycanlı futbol ulduzu Nəriman Axundzadəni ABŞ-ın Ohayo ştatını təmsil edən "Kolumbus Kryu” (Columbus Crew) klubu ilə müqavilə imzalaması münasibətilə səmimi qəlbdən təbrik edirik!
Aktual.az xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı səfirliyi öz Feysbuk səhifəsində yazıb.
"Qarabağ”ın heyətində nümayiş etdirdiyi parlaq və yaddaqalan çıxışlarla geniş rəğbət qazanan istedadlı gənc hücumçu ABŞ-ın Əsas Futbol Liqası ilə müqavilə imzalayan ilk azərbaycanlı futbolçudur.
Eyni zamanda, "Qarabağ” klubuna buaxşamkı Çempionlar Liqası qarşılaşmasında uğurlar və inamlı qələbə diləyirik!” - səfirlik qeyd edib.
Xəbər 54 dəfə oxunub.