ABŞ-ın Azərbaycandakı səfirliyi Bakıda işlənmiş avtomobillərin satışı məqsədi ilə hərrac keçirəcək.
Aktual.az xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin sosial şəbəkədə yaydığı məlumata əsasən, hərrac noyabrın 13-də Məmmədşərif Həmidov küçəsi, 51 ünvanında keçiriləcək.
Avtomobillərin baxışı həmin gün saat 9:00-dan 11:00-a qədər mümkündür. Alıcı mütləq şəxsiyyətini təsdiq edən şəkilli sənədi təqdim etməlidir. Alınan malların dəyəri dərhal ödənilməlidir.
Avtomobillərin ilkin qiyməti 500 dollardır.