ABŞ səfiri: Münaqişənin hərbi yolla həlli yoxdur

ABŞ səfiri: Münaqişənin hərbi yolla həlli yoxdur

“Biz etiraf etməliyik ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”.

Aktual.az Ölkə.Az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta paytaxtda keçirilən nəqliyyat sərgisində deyib. O bildirib ki, hazırkı durum onları narahat edir: “Mən və Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik dəfələrlə bəyan etmişik ki, biz tərəfləri danışıqlar masası arxasına əyləşmək və geniş, hərtərəfli sülh sazişi üzərində iş aparmağa çağırırıq. Hesab edirik ki, bu, vacibdir. Minsk Qrupunun həmsədr ölkələri buna görə çox səylə çalışırlar ki, tərəfləri yenidən danışıqlara cəlb etsinlər və qeyd etdiyimiz hərtərəfli sülh danışıqları istiqamətində danışıqlar aparsınlar. Tərəflərin atəşkəs rejiminə ciddi riayət etməsi və hərtərəfli sülh sazişi üzərində işləməsi vacibdir. İstər Minsk Qrupu çərçivəsində, istərsə də dövlət katibi Con Kerritərəfindən ikitərəfli şəkildə münaqişənin sülh yolu ilə nizamlanması üçün səylərimizi davam etdiririk”.

Xəbər 443 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR