ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidməti 24 fevral tarixindən etibarən Prezident Donald Tramp tərəfindən tətbiq edilmiş və Ali Məhkəmə tərəfindən qanunsuz hesab olunan gömrük rüsumlarının yığılmasının dayandırılacağını açıqlayıb. Qərar idxal edilən mallara tətbiq olunan tariflərin ləğvini nəzərdə tutur.
Aktual.az xəbər verir ki, bu barədə ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidmətinin yükdaşıyıcılar üçün yaydığı rəsmi bildirişdə qeyd olunub.
Bildirilib ki, Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktı əsasında tətbiq edilən rüsumlar 24 fevral 2026-cı il saat 00:00-dan etibarən ölkəyə idxal olunan mallara şamil edilməyəcək və artıq tutulmayacaq.
Xatırladaq ki, fevralın 20-də ABŞ Ali Məhkəməsi Trampın tətbiq etdiyi tarifləri ləğv edib. Ağ Evin rəhbəri bu qərarı "rüsvayçılıq” adlandırıb. Bundan bir gün sonra isə ABŞ Prezidenti bütün dünya ölkələri üçün 10 faiz həcmində yeni gömrük rüsumları tətbiq edib, ardınca bu rüsumları 15%-ə qaldırıb.
Xəbər 61 dəfə oxunub.