ABŞ Rusiya ilə müharibə istəmir - Pentaqon

ABŞ Rusiya ilə müharibə istəmir   - Pentaqon
  • DÜNYA

“ABŞ Rusiya ilə müharibə istəmir, nə “soyuq”, nə də “isti”. Lakin biz özümüz və müttəfiqlərimizin maraqlarını müdafiə etməkdə davam edəcəyik”.

 Aktual.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Pentaqonun rəhbəri Eşton Karter bəyan edib.

Onun sözlərinə görə, rəsmi Moskva Avropada münaqişələrə rəvac verir: “Ukrayna və Gürcüstanın suverenliyi pozulub, Baltikyanı ölkələr hədələnir. Suriyada isə Rusiya vətəndaş müharibəsinin oduna yağ tökür”. Bununla belə E.Karter Rusiyanın Suriya münaqişəsində konstruktiv rol oynayacağını da istisna etməyib.

Aktual.az

Xəbər 316 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR