ABŞ Rusiya ilə mübarizə üçün 4,3 milyard dollar ayırır

ABŞ Rusiya ilə  mübarizə üçün 4,3 milyard dollar ayırır
  • DÜNYA

ABŞ-ın 2017-ci il dövlət büdcəsində Rusiya zorakılığı ilə mübarizə üçün 4,3 milyard dollar vəsaitin ayrılması nəzərdə tutulub.

Akktual.az  APA-ya istinadən bildirir ki, bu barədə Ağ evin rəsmi saytında yer alan büdcə layihəsində deyilir.
 
Bildirilir ki, həmin məbləğ NATO üzrə tərəfdaşların, habelə Avropa, Avrasiya və Mərkəzi Asiyada yerləşən tərəfdaş ölkələrin Rusiya zorakılığından asılılığını azaltmaq, dayanıqlığı gücləndirmək, eləcə də həmin ölkələrə siyasi, iqtisadi, diplomatik və hərbi dəstək vermək üçün sərf olunacaq. Məbləğin 3,4 milyard dolları isə Avropada təhlükəsizliyi təmin etmək üçün xərclənəcək. 
 
Prioritet regionlar olaraq Ukrayna, Gürcüstan və Moldova seçilib. Vəsait demokratiyanın inkişafı, müdafiə imkanlarının gücləndirilməsi, enerji təhlükəsizliyinin artırılması və antikorrupsiya tədbirləri üçün sərf olunacaq.
 
Qeyd edək ki, 2016-ci ildə ABŞ bu ölkələrə 789 milyon dollar ayırıb.

Xəbər 343 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR