ABŞ Prezidenti Donald Tramp administrasiyasının bir neçə üzvü Rusiya ilə iş görməkdə maraqlı olduqlarını əsas gətirərək Avropada dondurulmuş Rusiya aktivlərinin istifadəsinə qarşıdır.
Aktual.az xəbər verir ki, bu barədə "Politiko” nəşri adı açıqlanmayan Avropa Birliyinin rəsmisinə istinadən məlumat yayıb.
Qurum rəsmisinin sözlərinə görə, aktivlərin emissiyası bu şəxslər üçün uyğun deyil.
Belçikanın Baş naziri Bart de Vever dəfələrlə bəyan edib ki, Brüssel Avropa Komissiyasının Rusiya aktivlərindən istifadə planını həyata keçirmək üçün AB ölkələrindən konkret və etibarlı zəmanət tələb edir.
Xəbər 52 dəfə oxunub.